Hacıyevski: Mən sözümü dedim, indi növbə Məmmədovundur
02.02.2009 - 11:18
“Bakı” klubunda baxışda olan mərakeşli hücumçu Hasan Suari vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Qyoko Hacıyevski 25 yaşlı futbolçunu bəyənib. Antalyada 12 gün “Bakı” ilə hazırlıq keçən, 4 yoxlama oyununda meydana çıxan Hasan cavab gözləyir.
Hacıyevski sərəncamında görmək istədiyi Suari ilə bağlı klub rəhbərliyinə müraciət edib: “Yaxşı təsir bağışlayan mərakeşli hücumçunu komandamda görmək istərdim. Mən Suari ilə bağlı öz fikrimi bildirdim. İndi son qərarı klubun vitse-prezidenti Zeynal Məmmədov verəcək”.
Hücumçu axtarışında olan “Bakı”nın Hasanı transfer edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq. Paytaxt təmsilçisi müqavilə ilə bağlı danışıqlar nəticəsində şərtlərin münasibliyini götür-qoy edir.

0
0