“İnter”in hazırlıq planında növbəti dəyişiklik
03.02.2009 - 12:55
“İnter”in hazırlıq planında növbəti dəyişiklik
Türkiyənin Antalya şəhərində toplanışda olan Bakının “İnter” klubunun hazırlıq planında növbəti dəyişiklik edilib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Valentin Xodukin məlumat verib.

Onun sözlərinə görə, BATE (Belarus) ilə görüşədək daha bir yoxlama oyunu keçirməyi nəzərdə tutublar. Ukraynalı mütəxəssis Rusiyanın birinci divizion təmsilçisi Çita “Lokomotiv”i ilə sınaq matçı keçirəcəklərini bildirib: “Bu oyuna fevralın 7-ə nəzərdə tutulub. Düzdür, əvvəl BATE ilə oyunadək sınaq matçı keçirmək yox, yalnız hazırlıqla kifayətlənmək istəyirdim. Ancaq sonradan fikrimi dəyişdim ki, bu da səbəbsiz deyil. Çünki sərəncamımda çoxlu futbolçu var və onların hamısına oyun praktikası qazandırmalıyam. Bu mənada “Lokomotiv” variantını dəyərləndirməyə qərara aldım”.

Xodukin BATE ilə qarşılaşmanın vaxtının dəyişdiyini də söyləyib: “Belaruslularla fevralın 9-da görüşəcəyik. Borisov təmsilçisi bizə qarşı əsas heyətlə oynamaq istəyir”.
0