Avstriyalı məşqçi: “Bakı”nın belə güclü olduğunu gözləmirdim
04.02.2009 - 10:34
Avstriyalı məşqçi: “Bakı”nın belə güclü olduğunu gözləmirdim
“İlk dəfə Azərbaycan komandası ilə oynayırdıq. Açığı, rəqibin səviyyəsinin belə yüksək olacağını gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Parndorf” klubunun baş məşqçisi Kurt Qaqer deyib.

Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində “Bakı” ilə qüvvəsini sınayan avstriyalıların çalışdırıcısı 1:2 hesabı ilə məğlub olmalarını oyuna uyğun nəticə sayir: “Rəqib yaxşı təsir bağışladı. Xüsusilə də, cinah oyunçularınızın inamlı oyununu qeyd edərdim. Futbolçularınızın texnikası diqqətimi çəkdi. "Bakı" ağıllı futbol oynadı, bütün meydan boyu mübarizə getdi. Nəticə də oyuna görə idi. Gələcəkdə yenə də "Bakı" ilə qarşılaşmaq istərdim. Belə güclü rəqiblərlə oynamaq məşq prosesi baxımından əvəzsizdir”.
0