Alim Qurbanov: Sağ olsun Yunis Hüseynov, onun etimadını doğrultmağa çalışacağam
09.02.2009 - 13:45
Alim Qurbanov: Sağ olsun Yunis Hüseynov, onun etimadını doğrultmağa çalışacağam
“Karvan” “Xəzər-Lənkəran”ın transferə çıxardığı Alim Qurbanovu icarəyə götürüb. Bu haqda apasport.az saytına Qurbanovun özü məlumat verib.

Hazırda sənədləşmə işləri ilə məşğul olduğunu bildirən 32 yaşlı futbolçunun sözlərinə görə, günün sonunadək keçidi rəsmiləşəcək: “Keçidim 99 faiz həll olunub. Lazım olan sənədləşmə ilə məsələ rəsmiləşəcək. “İcarə əsasında oynayacağam. Ötən yay “Xəzər-Lənkəran”la iki illik müqavilə bağlamışdım. Yəni, bu klubla hələ il yarımlıq anlaşmam var. “Xəzər-Lənkəran” məni cari mövsümün sonuna qədər icarəyə verib. Ola bilsin ki, bundan sonra geri qayıtdım. İkinci dövrə bu həftə start götürür, bütün komandaların heyəti futbolçularla doludur. Buna görə də hazırkı vaxtda özünə klub tapmaq çətindir. Sağ olsun “Karvan”ın baş məşqçisi Yunis Hüseynov, məni öz komandasına götürdü. Onun etimadını doğrultmağa çalışacağam”.

Qeyd edək ki, Hüseynovla Qurbanov Gəncə futbol məktəbinin yetirmələridir.
0