Subaşiç Cənubi Koreyada oynayıb?
09.02.2009 - 15:57
Subaşiç Cənubi Koreyada oynayıb?
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç Cənubi Koreyaya yollanıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun düşərgəsində olduğu Çinin “Çanqçunq Yatay” klubu növbəti mövsümün hazırlığına yeni başlayıb. Ötən mövsüm Superliqada 6-cı yeri tutan Çanqçunq təmsilçisi Cənubi Koreyaya təlim-məşq toplanışına 30 nəfərlik heyətlə yollanıb. Artıq iki gündür baxışa və ya danışıqlara gələn 10-a yaxın legioner də komandanın düşərgəsinə qatılıb. Toplanışda üç yoxlama matçı keçirəcək çinlilər elə ilk qarşılaşmada yeni gələnlərin hamısını sınamaq qərarına gəlib. Cənubi Koreyanın “Conbuk Yunayted” klubu ilə görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Klubun rəsmi saytı yeni gələn oyunçuların, o cümlədən Branimirlə bağlı hansısa məlumata ehtiyac görmür.
0