“Bakı” tarixə ilk Azərbaycan klubu kimi düşəcək”
09.02.2009 - 16:42
“Bakı” tarixə ilk Azərbaycan klubu kimi düşəcək”
“Komandamız işini yeni tələblərə uyğunlaşdıran ilk Azərbaycan klubu kimi tarixə düşəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov deyib.

O, klubun rəsmi internet saytına verdiyi açıqlamada paytaxt təmsilçisinin lisenziyalaşdırmada da ilk pillələrdə olduğunu bildirib: “AFFA-nın lisenziyalaşdırma proqramına əsasən tələb olunan bütün sənədlər aidiyyatı ünvanlara təqdim olunub. Bunlar infrastruktur və idman meyarlarını əks etdirən sənədlərdir. Hazırda "Bakı" klubunda UEFA kriteriyalırına uyğun aparılan audit yoxlamasının nəticələrini gözləyirik. Təxminən, 2 həftə ərzində bu prosesin də başa çatacağını gözləyirik. Bundan sonra maliyyə meyarlarını əhatə edən sənədlərimiz də AFFA tələblərinə tam cavab verəcək”.
0