“İnter” legionerini itirdi
09.02.2009 - 18:25
“İnter” legionerini itirdi
Bakının “İnter” klubu ciddi problemlə üzləşib. Komandanın baş məşqçisi Valentin Xodukinin apasport.az saytına verdiyi məlumata görə, serb yarımmüdafiəçi Qoran Arnaut minimum iki ay meydana çıxmayacaq. Ukraynalı mütəxəssis Arnautun Antalyada keçirdikləri son yoxlama oyununda – Çitanın “Lokomotiv” klubu ilə görüşdə sıradan çıxdığını bildirib. Əvvəl də zədələnən, hətta cərrahiyyə əməliyyatı olunan Qoranın bu dəfəki zədəsi də ciddidir. Əzələsini dartan futbolçu qarşıdakı iki ayda müalicə olunaraq, bundan sonra komandasına kömək edə biləcək.

Qeyd edək ki, “İnter”in milli komandamızda da çıxış etmiş ukraynalı müdafiəçisi Vladimir Levin əməliyyatdan sonra artıq komanda ilə birgə məşq edir. Levin dörd aylıq fasilədən sonra meydana qayıdacaq.
0