Futbolçuya 69 nömrəli futbolkanı geyinməyi qadağan etdilər
09.02.2009 - 19:33
Futbolçuya 69 nömrəli futbolkanı geyinməyi qadağan etdilər
Xorvatiyalı futbolçu Dino Drpiçin Bundesliqada 69 nömrəli formanı geyməsinə qadağa qoyulub. Apasport.az saytının məlumatına görə, Zaqrebin “Dinamo” klubu ilə Bakıya gələn futbolçu Almaniya Futbol Liqasının qəzəbinə tuş gəlib. Belə ki, Dino və Bundesliqanın ən seksual xanımı seçilən Nives Selsiusun ideyası funksionerlərin ürəyincə olmayıb. Sevgilililər Drpiçin ən erotik nömrə altında çıxış etməsi sayəsində onun futbol geyimlərinin satışına müsbət təsir edəcəyinə ümid edirdi. Dinonun çıxış etdiyi “Karlsrue” rəhbərliyi bu təklifi qəbul etsə də, çempionatın təşkilatçıları işə qarışıb. Lakin onlar “69”un qadağan olunmasını müxtəlif səbəblərlə izah edib.

Qeyd edək ki, Dino “Karlsrue”də keçirdiyi əvvəlki matçlarda 11 nömrəli formanı daşıyıb.
0