Milli komandamız Küveytdə!
09.02.2009 - 22:21
Milli komandamız Küveytdə!
Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçında qüvvəsini sınayan Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərini tərk edib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun çalışdırdığı milli komandamız artıq Əl-Küveytdədir. Komandamızı burada Küveyt Futbol Federasiyasının və yerli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri qarşılayıb. Dubayda Özbəkistan (1:1) və Çexiya çempionu “Slaviya” ilə (0:2) yoldaşlıq görüşləri keçirən yığmamız fevralın 11-də Küveyt millisi ilə də üz-üzə gələcək.
0