Luis Felipe Skolari “Çelsi”dən qovuldu
09.02.2009 - 22:40
Luis Felipe Skolari “Çelsi”dən qovuldu
Londonun “Çelsi” klubunun baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, braziliyalı çalışdırıcını müvəqqəti olaraq baş məşqçi köməkçisi işləmiş Rey Uilkins əvəzləyib.

Skolarinin qovulmasına əsas səbəb kimi, son turlar komandanın Premyer Liqada vacib xallar itirməsi və çempionluq şansının azalması göstərilir.

Hazırda “Çelsi” İngiltərə çempionatının turnir cədvəlində 49 xalla dördüncü yerdədir
0