AFFA rəhbərliyi Küveytə getdi
10.02.2009 - 11:21
AFFA rəhbərliyi Küveytə getdi
Fevralın 11-də Küveyt və Azərbaycan milli komandaları arasında keçiriləcək beynəlxalq yoxlama oyununu AFFA rəhbərliyi də izləyəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qurumun I vitse-prezidenti Rauf Əliyevlə baş katibi Elxan Məmmədov Küveytə yola düşüb. Onlar FİFA-nın təqviminə əsasən, rəsmi oyun günü keçirilən bu qarşılaşmanı izləmək məqsədilə səfərə yollanıb.

Qeyd edək ki, Küveytlə oyun yığmamızın Asiya səfərində üçüncü matçı olacaq. Əvvəlki görüşlərdə milli komandamız Özbəkistan yığması (1:1) və Çexiyanın “Slaviya” (0:2) klubları ilə üz-üzə gəlib.
0