Premyer Liqada 4 oyunun vaxtı dəyişdirildi
10.02.2009 - 12:47
Premyer Liqada 4 oyunun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasında XIV turun oyunlarının vaxtı dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, ölkə çempionatının fevralın 14-də başlayacaq ikinci dövrəsi iki stadiondakı qarşılaşmalarla start götürəcək. Ümumilikdə, turun 7 görüşü 5 stadionda oynanılacaq. Belə ki, “Şəfa” stadionu 3 matçı qəbul edəcək. “İnter”lə yanaşı, MOİK və “Muğan” da ev oyununu bu arenada keçirəcək. Dörd qarşılaşmanın isə vaxtı dəyişib. Şənbə günü keçirilən “Muğan” - “Qəbələ”, bazar gününün isə üç matçı saat 14:00-da deyil, nisbətən gec başlayacaq.

14 fevral (şənbə)

“Qarabağ” – “Bakılı”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00

MOİK – “Bakı”
“Şəfa” stadionu. Saat 14:00

“Muğan” – “Qəbələ”
“Şəfa” stadionu. Saat 18:30

15 fevral (bazar)

“Xəzər-Lənkəran” – “Karvan”
Lənkəran. Şəhər stadionu. Saat 16:00

“İnter” – “Olimpik”
“Şəfa” stadionu. Saat 18:00

“Neftçi” – “Standard”
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00

“Turan” – “Simurq”
Tovuz. Şəhər stadionu. Saat 14:00
0