AFFA “hərbçiləri” 6000 manat cəzalandırdı
10.02.2009 - 12:58
AFFA “hərbçiləri” 6000 manat cəzalandırdı
AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda lisenziyalaşdırma sənədlərini vaxtında quruma təqdim etməyən MOİK haqda qərar çıxarılıb. Belə ki, növbəti mövsümdə Premyer Liqaya qatılmaq üçün hər bir komanda Lisenziyalaşdırma qrupuna idman və infrastruktur meyarı üzrə lazımi sənədləri təyin olunmuş vaxtadək (12.01.2009) təqdim etməli idi. Lakin “hərbçilər” bu meyarlar üzrə müvafiq sənədləri təyin olunmuş vaxtdan gec təqdim edib ki, bu da onların 6 min manat cərimələnməsinə səbəb olub. Qaydalara əsasən, sənədlərin təyin olunmuş vaxtdan gecikməsinə görə hər bir iş günü üçün 1000 manat cərimə ödəməlidir.

mənbə: www.affa.az
0