Futbolçunun keçmiş sevgilisindən şok açıqlamalar - FOTO
10.02.2009 - 13:32
Futbolçunun keçmiş sevgilisindən şok açıqlamalar - FOTO
“Məncə, Quizanın problemi türk futbolçulardan qaynaqlanırdı. Paltardəyişmə otağında həmişə onun arxasınca danışırdılar. Əlləri ilə Quizaya işarə edirdilər, onun əleyhinə danışdıqları üz cizgilərindən görünürdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri ispaniyalı model Nuria Bermudes deyib.

“Fənərbaxça”nın hücumçusu Daniel Quizadan bir müddət öncə ayrılmış Nuria futbolçunun İstanbuldakı çətinliklərindən danışıb: “Diqqət edin, meydançada Quizaya ötürmə vermirlər. Həmişə yalqız qalır. Baş məşqçi Luis Araqones və klub prezidenti Əziz Yıldırımın da bundan xəbəri var idi. Onların hər ikisi Danielə daima dəstək göstərirdi”.

Şok effektli açıqlamalarını davam etdirən Nurianın fikrincə, 28 yaşlı hücumçu tezliklə “Fənərbaxça”dan ayrılacaq: “Quizanın sayılı günləri qalıb. Ya o özü gedəcək, ya da “Fənərbaxça” onu komandadan çıxaracaq”.
İspaniyalı model Danielin hansı səbəbdən zəif oynamasına da toxunub. Bermudes bildirib ki, buna futbolçunun şəxsi həyatı maneçilik törədir: “O, “Fənərbaxça”dan ildə 3 milyon alır. Maliyyə böhranına baxmayaraq, ödəmələrdə yubanma yoxdur. Hərçənd, Quiza “Malyorka”da oynadığı vaxt maaşını almaq üçün çox çətinlik çəkirdi. “Fənərbaxça”da isə maddi məsələlər onun istəyinə uyğundur. Lakin Daniel gözləniləni verə bilmir. Buna səbəb onun şəxsi həyatındakı problemlərdir. Onunla birgə yaşayanda, şəxsi həyatını sahmana salmaq istədim, ancaq alınmadı”.

Qeyd edək ki, Quiza Nuriadan ötən ilin payızında ayrılıb. İndi “Fənərbaxça”nın hücumçusu digər həmyerlisi Rosio ilə eşq macərası yaşayır.
0