Azərbaycan yığmasının pulsuz oyunu
10.02.2009 - 15:22
Azərbaycan yığmasının pulsuz oyunu
Azərbaycan milli komandasının sabah Küveytlə keçirəcəyi oyunla bağlı müraciət qəbul olunub. Apasport.az saytının məlumatına görə, Küveyt Futbol Federasiyası ölkə ictimaiyyətinə müraciət edərək yoxlama oyununa gəlməyi xahiş edib. Son vaxtlar uğursuz çıxış etməsi üzündən artıq neçə vaxtdır ki, rəqibimizin ev oyunlarına maraq azalıb. Bunu nəzərə alan federasiya heç olmasa, yoxlama matçında tribunalara daha çox seyrçi toplamaq arzusundadır. Bu məqsədlə sabahkı qarşılaşmaya giriş pulsuz olacaq.

Qeyd edək ki, bir vaxtlar FİFA reytinqində dünyanın 24-cü komandası olan Küveyt yığması təxminən beş dəfə zəifləyərək, indiki 118-ci mövqeyinədək enib.
0