“Fənərbaxça”nın prezidenti: Roberto Karlosu aldığıma görə peşmanam
10.02.2009 - 16:38
İstanbulun “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım tənqid atəşinə tutulmasından bezib. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər”in rəhbəri onu xüsusilə maliyyə məsələlərində tənqid edənlərə etirazını bildirib.
“Bilən də, bilməyən də danışır. Deyirlər ki, 750 milyon dollar xərcləmişəm. Yaxşı etmişəm. O pulları otel otaqlarında, orda, burda kefə sərf etməmişəm. Bunu “Fənərbaxça”nın gələcəyi üçün xərcləmişəm” - deyə Əziz Yıldırım vurğulayıb.
Əsəblərini cilovlaya bilməyən “Fənərbaxça” prezidenti sözlərinə belə davam edib: “Klubun bazasında, stadionunda aparılmış yenidənqurma işləri, “Fənərbaxça” TV-nin qurulması səhv işdir ki? Baxın, stadionumuza görə UEFA kubokunun final matçını Türkiyəyə həvalə etdilər. İndi komandamız Çempionlar Liqasında da ola bilərdi. Daha 1-2 ulduz futbolçunu transfer edərdik. Ancaq həvəs qoyublar ki!? İnanın, insanların yuxularına girən məşhur futbolçuları - Roberto Karlosu, Nikolya Anelkanı transfer etdiyimiz üçün peşmanam”.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0