Türkiyədə azərbaycanlı futbolçu yad olunacaq
10.02.2009 - 17:09
Türkiyədə azərbaycanlı futbolçu yad olunacaq
Azərbaycanlı futbolçu Maksim Paşayevi Türkiyədə yad edəcəklər. Apasport.az saytının məlumatına görə, Ukraynanın gənclərdən ibarət yığma komandasının kapitanı olmuş 20 yaşlı mərhum soydaşımız İzmirdə türklərlə keçirilən iki yoldaşlıq görüşündə anılacaq. Hər iki oyundan öncə Paşayevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi nəzərdə tutulub. Bundan əlavə, ukraynalılar üzərində “Maks, sən bizimləsən” yazılan şüar asacaqlar. Maksimin Ukrayna yığmasında çıxış etdiyi “5 nömrə”li forma qarşıdakı seçmə mərhələ üçün əbədiləşdirilib. Yəni, heç bir futbolçu bu nömrəni qarşıdakı iki ildə daşıya bilməyəcək.

Qeyd edək ki, Maksim ötən ilin sonunda idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub. Onun “Dnepr”də bir yerdə oynadığı əkiz qardaşı, müdafiəçi Pavel isə ilk dəfə Ukraynanın milli komandasına çağırılıb.
0