Cahangir Həsənzadə: Yaxşı bir kluba keçə bilərəm
11.02.2009 - 00:07
Cahangir Həsənzadə: Yaxşı bir kluba keçə bilərəm
“Yaya qədər heç bir yerdə oynamayacağam. İnanmıram ki, ikinci dövrənin startınadək özümə yeni klub tapım”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadə deyib.

“Qəbələ” klubunun transferə çıxardığı 30 yaşlı futbolçu yeni mövsümədək çıxış etməyəcəyi ilə artıq barışıb: “Mövsümün sonuna qədər formamı saxlamağa çalışacağam. Hazırda “Neftçi”nin keçmiş bazasında məşq edirəm. Cari mövsümün başa çatmasını gözləyirəm. Həmin vaxt “Qəbələ” ilə müqaviləmin müddəti başa çatacaq və sərbəst futbolçu olacağam. Bundan sonra yaxşı bir kluba keçə bilərəm. Həyatda hər zaman yaxşı olmur ki. Pis vaxtlar da olur və bunu qəbul etməlisən”.

Qeyd edək ki, Həsənzadə “Qəbələ”yə ötən yay “İnter”dən keçib.
0