Şok: Futbolçu hakimin qolunu sındırdı
10.02.2009 - 19:49
Şok: Futbolçu hakimin qolunu sındırdı
Xorvatiya futbolunda analoqu olmayan hadisə baş verib. Apasport.az saytının məlumatına görə, ölkənin regional liqasında “Mladost” və “Poskok” klublarının görüşündə futbolçu hakimin qolunu sındırıb.

Yuray Petriçeviç adlı oyunçu baş hakim Alen Yaksiçin ona qırmızı vərəqə göstərməsindən sonra qəzəblənib. Hakimin üstünə hücum çəkən futbolçu ədalət təmsilçisini yumruqlara “qonaq edib”. Yoldaşları Petriçeviçi çətinliklə də olsa, sakitləşdiriblər. Buna baxmayaraq, onun zərbələrindən biri nəticəsində hakimin qolu sınıb.
0