Batista: “Bakı” əsl dünya yığmasıdır!
10.02.2009 - 22:28
Batista: “Bakı” əsl dünya yığmasıdır!
“Bakı və Azərbaycan barədə az da olsa, məlumatım var idi. Fabio Luis Ramimi çoxdan tanıyırdım. "Bakı"dan dəvət alanda, təbii ki, öncə oa müraciət etdim. Fabio Azərbaycan haqqında elə danışdı ki, heç bir şübhəyə yer qalmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni transferi Vilyam Roşa Batista deyib.

Artıq dörd gündür Bakıda olan braziliyalı forvard klubun saytına açıqlamasında bildirib ki, komandada rəqabətə hazırdır: “Özümə əminəm. "Bakı" ilə çempionluq qazanmağı düşünürəm. Sonra isə bir forvard kimi öz sözümü demək istəyirəm. Səbirsizliklə baş məşqçidən şans gözləyəcəyəm, nə zaman mənə etibar göstərsə, o zaman Batistanın necə oyunçu olduğunu görəcəksiniz".

Batista Ukrayna mətbuatında haqqında yazılanlara da toxunub: “Bunun ən bariz cavabı mənim 3 il ərzində "Karpatı"da göstərdiyim oyundur. "Xarkov" klubuna keçidim səhv addım idi, klub çöküncə oyunçular da dibə getdilər. Ancaq Batista sona qədər döyüçəcək, buna söz verirəm. Komandamızda rəqabət yüksək səviyyədədir. Heyətə düşmək üçün çox çalışmalı olacağam. Bildirmək istəyirəm ki, Batista "Bakı"ya tərəfdarları sevindirmək üçün gəlib".

Təxminən, 2 həftə "Bakı" ilə birlikdə məşq edən braziliyalı yeni komandasını dünya yığmasına bənzədib: “Bakı" səviyyəli oyunçulardan təşkil olunmuş klubdur. Təcrübəli məşqçimiz var. Hazırlıq üçün şərait məni tam qane etdi. Serbiya, Makedoniya, Bolqarıstan, Argentina, Braziliya, Mərakeş, Gürcüstan, Xorvatiya kimi futbol ölkələrinin nümayəndələri "Bakı"da toplaşıblar. Bu komanda əsl dünya yığmasıdır. Əminliklə deyirəm ki, Ukrayna çempionatında ən yüksək yerlər uğrunda oynaya bilərdik".
0