Dünyanın ən zəif komandasını Azərbaycanda yox, Braziliyada tapdılar
11.02.2009 - 11:07
Dünyanın ən zəif komandasını Azərbaycanda yox, Braziliyada tapdılar
Dünyanın ən zəif komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çexiyalı jurnalistlərin araşdırmaları nəticəsində planetin ən aciz futbol klubu bəlli olub. Həmin araşdırmaya şərh verən həmkarlarımız bu komandanın təmsil etdiyi ölkə ilə bağlı fikirlərində Azərbaycana da yer ayırıb.

Belə ki, jurnalistlər yazıya başlamazdan əvvəl axtarılan komandanın Farer adaları, Lüksemburq və ya Azərbaycandan olacağını ehtimal ediblər. Çexiyalıların rəyinə görə, ən zəif isə Braziliya təmsilçisi olub. Bu ölkənin aşağı dəstəsində çıxış edən “İbiş” klubunun nəticələri dünya futbol tarixinin ən unikal nəticəsinə malikdir. 70 illik tarixi olan komanda bu müddətdə cəmi 62 qol vurub, öz qapısından isə 3550 top buraxıb. Bir sözlə, braziliyalılar hər il təxminən 1 qol vurub 50-sini buraxıb.
0