“Simurq” itirə-itirə gedir
11.02.2009 - 11:16
“Simurq” itirə-itirə gedir
Zaqatalanın "Simurq" klubu daha bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Pokora fevralın 15-də “Turan”la keçiriləcək görüşdə gürcüstanlı Qriqol Dolidzeyə güvənə bilməyəcək. Bir müddətdir fərdi məşqlərlə kifayətlənən 26 yaşlı yarımmüdafiəçi zədədən sonra tam bərpa olmadığı üçün hələ də yüngül məşqlərlə kifayətlənir. Ukraynalı mütəxəssis Dolidzenin “Turan”la qarşılaşmada meydana çıxacağına ümid etsə belə, futbolçu ilə bağlı qərar oyun günü veriləcək. Qriqolun Tovuzda oynayacağı halda belə, tam qüvvəsi ilə mübarizə apara bilməyəcək.

Qeyd edək ki, ötən ilin yayında “Simurq”a keçən Dolidzedən başqa Ramin Nəsibov da komandasına kömək edə bilməyəcək. Premyer Liqada 12, Azərbaycan kubokunda 1 oyun (1 qol) keçirən Qriqoldan fərqli hücumçu bir aylıq sıradan çıxıb.
0