“Bekhemdən fərqli, mənim sevgilim çox emosionaldır”
11.02.2009 - 13:01
“Bekhemdən fərqli, mənim sevgilim çox emosionaldır”
Xorvatiya yığmasının və Almaniyanın “Karlsrue” klubunun futbolçusu Dino Drpiçin sevgilisi Nives Selsius növbəti dəfə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, gözəlçə indi də Madridin “Santyaqo Bernabeu” stadionunda sekslə məşğul olmaq istəyir.

“Dino ilə keçirdiyim həyat çox gözəldir. Lakin hələ də bir istəyim reallaşmayıb. Mənim ən böyük arzum “Santyaqo Bernabeu” stadionunda sekslə məşğul olmaqdır” – deyə Nives vurğulayıb.

Almaniyada oynayan futbolçuların həyat yoldaşları və sevgililəri arasında ən gözəl sayılan Selsius bildirib ki, onları Bekhemlərə oxşatmaq düzgün deyil: “Bizi Balkan yarımadasının Bekhemləri adlandıranlar yanılırlar. Çünki Devid çox sakit olduğu halda, mənim sevgilim Dino həddən artıq emosionaldır”.

Xatırladaq ki, Dino və Nives bir müddət öncə Zaqrebin “Maksimir” stadionunda meydançanın ortasında cinsi əlaqədə olmuşdular. Məhz bu hadisədən sonra 28 yaşlı müdafiəçi 9 il şərəfini qoruduğu “Dinamo” klubundan qovulmuşdu. Adının seks qalmaqalında hallandırılması onun “Tottenhem”ə keçidinə də əngəl törətmişdi.

Onu da qeyd edək ki, Drpiç 2007-ci ildə Bakıya gələrək, Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Xəzər-Lənkəran”a qarşı forma geyinib.
0