Qus Hiddink: Semak Azərbaycanla oyuna çıxmaq üçün tez sağalmalıdır
11.02.2009 - 14:24
Qus Hiddink: Semak Azərbaycanla oyuna çıxmaq üçün tez sağalmalıdır
Rusiya yığması Azərbaycanla keçiriləcək oyuna ciddi itkilərlə çıxa bilər. Apasport.az saytının məlumatına görə, rəqib komandanın baş məşqçisi Qus Hiddinki heyətlə bağlı itkilər qayğılandırır. Luis Felipe Skolarinin istefaya göndərilməsindən sonra Londonun “Çelsi” klubunun baş məşqçi postuna əsas namizəd sayılan holland mütəxəssis kapitan Sergey Semakın xidmətindən yararlana bilər: “Semak milli komandanın kapitanı kimi qalacaq. O, keçirdiyi ciddi əməliyyatdan sonra tezliklə bərpa olunaraq, tam gücü ilə oynamağa başlayacaq. Ancaq Sergeyin komandanı Azərbaycanla oyuna çıxarması üçün zədəsini tez sağaltması lazımdır”.

Hiddink ötən yay Avropa çempionatının bürünc mükafatçısı olan digər milli üzvləri – Denis Kolodinlə və Dmitri Torbinskiyə görə də narahatdır: “Bu futbolçuların zədədən sonra hələ də bərpa olunmamağı məni narahat edir. Kolodində bu proses uzandı. Ancaq Torbinskinin bərpa dövrü daha çox yubandı. Əlbəttə, mən həkim deyiləm. Ancaq həm Denis, həm də Dmitri artıq uzun müddətdir futboldan kənarda qalıb. Adətə bu oyunçular daim yığmaya çağırılır. Ancaq Azərbaycan və Lixtenşteynlə oyunlara, daha dəqiq desək, həmin matçlara oyunçu seçimi ilə bağlı bir aydan az vaxt qalıb. Proqnozlarım elə də nikbin deyiləm. Hərçənd, baxaq görək bərpa prosesi ilə bağlı vəziyyət necə dəyişəcək”.
0