Azərbaycan yığması tufana düşdü
11.02.2009 - 14:27
Azərbaycan yığması tufana düşdü
Azərbaycan milli futbol komandası Küveytdə ciddi problemlə üzləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, bu gün paytaxt Əl-Küveytdə meydan sahibləri ilə beynəlxalq yoxlama oyunu keçirəcək yığmamız tufana düşüb.

Belə ki, gecə saatlarından başlayaraq Əl-Küveytdə hava şəraiti kəskin surətdə pisləşib. Qum tufanının başlaması nəticəsində küçələrdə hərəkət çətinləşib, görmə faizi xeyli aşağı düşüb, nəfəs almaq ağırlaşıb. Meydan sahiblərindən fərqli, ilk dəfə belə halla üzləşən futbolçularımız daha çətin duruma düşüb.

Qeyd edək ki, Küveyt – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0