Sergey Semak: “Azərbaycanı kifayət qədər güclü rəqib sayıram
11.02.2009 - 14:45
Sergey Semak: “Azərbaycanı kifayət qədər güclü rəqib sayıram
“Azərbaycan yığmasını kifayət qədər güclü rəqib sayıram. Yəqin ki, bu komanda bizə ciddi müqavimət göstərməyə çalışacaq”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın cari seçmə mərhələdə növbəti oyununu keçirəcəyi Rusiya yığmasının kapitanı Sergey Semak deyib.

Son mövsümdə Kazanın “Rubin” klubunun heyətində ölkə çempionluğunu qazanan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan və Lixtenşteynlə görüşlərə ciddi yanaşmağa tövsiyə edib: “Təbii ki, biz qarşıdakı rəqiblərimizdən güclüyük. Ancaq hər şey komandaların matç anında necə hazır olmasından asılı olacaq. Yəqin ki, Lixtenşteyn səviyyəcə aşağıdır. Ancaq onlar öz meydanında istənilən rəqibin əhval-ruhiyyəsini poza bilər. Biz həm Azərbaycan, həm də Lixtenşteyni məğlub etməliyik. Əsas məsələ rəqib qapısına imkan daxilində tez yol tapmaqdır. Bu yığmalarla oyuna köklənmə baxımından problemimizin olmayacağına əminəm. Hər halda, ortada dünya çempionatına vəsiqə durur. Bunu isə autsayderlərlə matçda cüzi səhlənkarlıq üzündən əldən vermək istəmirik”.
0