Küveyt və Azərbaycan yığmaları arasındakı görüşün vaxtı bilindi - YENİLƏNİB
11.02.2009 - 18:19
Küveyt və Azərbaycan yığmaları arasındakı görüşün vaxtı bilindi -  YENİLƏNİB
Azərbaycan milli komandasının Küveytlə yoldaşlıq görüşünün vaxtı yenə dəyişdirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına məlumatına görə, paytaxt Əl-Küveytdə havanın kəskin surətdə pisləşməsi komandalar arasında bu gün Bakı vaxtı ilə saat 19:00-da keçirilməsi planlaşdırılan matçın vaxtını dəyişib. Küveyt Futbol Federasiyası yaranacaq əlavə xərci ödəmək şərtiylə görüşün fevralın 12-nə keçirilməsini xahiş etsə də, AFFA-nın və milli komandanın rəhbərliyi Premyer Liqanın ikinci dövrəsinin başlanmasını nəzərə alaraq, bu təkliflə razılaşmayıb. Artıq oyunun saat 19:00-da keçirilməyəcəyi qərara alınıb və hava şəraiti ilə əlaqədar bir neçə saat sonra olması nəzərdə tutulub. Görüşün dəqiq vaxtı az sonra bilinəcək.

Küveyt Futbol Federasiyasının saytının yaydığı məlumata görə, Küveyt – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0