Zinəddin Zidan Azərbaycana nə vaxt gələcək?
11.02.2009 - 15:47
Zinəddin Zidan Azərbaycana nə vaxt gələcək?
“Zinəddin Zidanın Azərbaycana gəlməsi bizdən asılı deyil. Bu işlə Bakı Futbol Federasiyası deyil, bizim Avropadakı tərəfdaşlarımız məşğul olur”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakı Futbol Federasiyasının (BFF) vitse-prezidenti Məzahir Süleymanzadə deyib.

Dünya futbolunun əfsanəsi Zinəddin Zidanın Bakıya səfərini gerçəkləşdirmək istəyən BFF rəsmisi bu məsələnin müvəqqəti dondurulduğunu bildirib: “Tərəfdaş dedikdə, söhbət hər hansı təşkilat və şirkətlər yox, mütəxəssislərdən gedir. Barselonada olduğum vaxt onlara belə bir ideya haqda danışdım. Kömək edəcəklərinə söylədilər. İndi məsələ onlardan asılıdır. İdeyanın həyata keçirilməsi ilə bağlı danışıqların nə vaxt başlayacağı və nə vaxt gerçəkləşəcəyi də onların səlahiyyətlərindədir. Tərəfdaşlarımız da iş adamları olduğundan, ilin əvvəlində kifayət qədər öz işləri var. Onlar yalnız yayda Zidanın Bakıya gəlməsi ilə bağlı danışıqlara başlayacaq. Bu, təxminən avqustda baş tutacaq ki, onda da məsələyə qayıdacağıq”.
0