İlk turun 4 oyunu yayımlanacaq
11.02.2009 - 15:53
İlk turun 4 oyunu yayımlanacaq
Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin bir oyunu canlı yayımlanacaq. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, azarkeşlər fevralın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Standard” görüşünü saat 16:00-da Az.TV-dən izləmək imkanı qazanacaq. Bu ildən fəaliyyətə başlayan “İdman-Azərbaycan” kanalı üç matçın videoyazısını təqdim edəcək. Bunlar fevralın 14-də saat 14:00-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək “Qarabağ” – “Bakılı”, 19:00-da “Şəfa” arenasında baş tutacaq MOİK – “Bakı” görüşüdür. Fevralın 15-də “İnter” – “Olimpik” görüşü gələn həftə “İdman-Azərbaycan” kanalında gələn həftə efirə veriləcək. “Şəfa” stadionunda saat 18:00-da başlayacaq həmin matç 16-sı, yaxud 17-si yayımlanacaq. Buna səbəb telekanalın proqram şəbəkəsinin sıx olması, həmçinin bazar ertəsinə təyin olunmuş profilaktikadır.
0