Çin çempionu ilə razılaşmayan Subaşiç Türkiyəyə danışıqlara yollandı
11.02.2009 - 16:38
Çin çempionu ilə razılaşmayan Subaşiç Türkiyəyə danışıqlara yollandı
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç bu gün Antalyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Belqradın “Srvena Zvezda” klubunun transferə çıxardığı 27 yaşlı futbolçu qardaş ölkədə özünə yeni klub axtarır. Ancaq Türkiyəyə yollanmasına baxmayaraq, Subaşiç karyerasını bu ölkədə davam etdirə bilməyəcək. Belə ki, artıq Türkiyədə də “transfer pəncərəsi” bağlandığı üçün Branimir postsovet məkanında oynayacaq. Onun danışıqlara yollandığı həmin yüksək liqa təmsilçisi də hazırda Antalya şəhərində təlim-məşq toplanışındadır. Subaşiçin taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Branimir az öncə “Çanqçun Yatay”la danışıqlara getmişdi. Çin çempionu ona birbaşa müqavilə bağlamağı təklif etsə də, bu variantı sona saxlayan Subaşiç daha səviyyəli çempionatda oynamaq fikrindədir. Hücumçunun “Srvena Zvezda” ilə hələ 2,5 il müqaviləsi var.
0