Azərbaycan çempionu üçün üç yeni futbolçu
11.02.2009 - 20:19
Azərbaycan çempionu üçün üç yeni futbolçu
Tovuzun “Turan” klubu daha üç futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, ilk dövrəni MOİK-də keçirən yarımmüdafiəçi Zaur Əsədovun Qərb komandasına keçidi rəsmiləşib. Onunla cari mövsümün sonunadək müqavilə bağlanıb. Tovuz təmsilçisi “Qarabağ”da çıxış edən olimpiya yığmamızın yarımmüdafiəçisi Əfran İsmayılovla digər orta sahə oyunçusu Natiq Kərimini də mövsümün sonunadək sıralarına qatıb. Lakin bu iki futbolçu icarə əsasında çıxış edəcək.

“Turan” bunadək qapıçı Anar Nəzirovu “Neftçi”dən icarəyə götürüb. Ruslan Abbasov, Nadir Nəbiyev, Vüsal Hüseynov, Vüsal Qarayev, Kamal Ələkbərov da komandaya cəlb olunan futbolçulardır.

Qeyd edək ki, 1993/94 mövsümündə Azərbaycan çempionu olan “Turan” avrokuboklarda ilk təmsilçimizdir.
0