Hasan Suari: “Bakı” ilə müqavilə bağladığım üçün özümü xoşbəxt sayıram
11.02.2009 - 18:38
Hasan Suari: “Bakı” ilə müqavilə bağladığım üçün özümü xoşbəxt sayıram
Mərakeş yığmasının hücumçusu Hasan Suarinin “Bakı” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu gün 25 yaşlı futbolçu ilə 1+1 il şərtinə uyğun müqavilə imzalanıb. Yeni klubunun Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında iştirak edən Hasan Bakıda ilk məşqinə bu gün çıxıb.

Güclü yağışla müşayiət olunan hazırlıq prosesində yaxşı islanan Suari klubun rəsmi saytına açıqlamasında çətinliklərdən qorxmadığını bildirib: “Bu gün mənim üçün əziz bir gündür”. “Bakı” ilə müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Əla komandamız var. Antalyada komanda yoldaşlarımın bir çoxu ilə dostlaşmışam. Onlar da mənim gəlişimə sevindilər. Çətinliklərdən və rəqabətdən qorxmuram, əksinə bu amil məni daha da ruhlandırır. Hədəflərimizin yüksək olması, hər kəs kimi mənim də məsuliyyətimi artırır. İnanıram ki, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Bakıya həm Azərbaycan, həm də Avropa miqyasında uğur qazanmaq üçün gəlmişəm”.

Qeyd edək ki, Hasan vaxtilə icarə əsasında Fransanın birinci divizion təmsilçisi “İstr” klubunda çıxış edib.
0