Adamiya Qomeşin nömrəsini götürdü
11.02.2009 - 19:38
Adamiya Qomeşin nömrəsini götürdü
“Bakı” klubunun “Neftçi”dən transfer etdiyi gürcüstanlı hücumçu Georgi Adamiya arzusuna çatıb. Apasport.az saytının məlumatına görə, bu gün paytaxtın eyni adlı komandasıyla “6+6 ay” şərtilə müqavilə imzalayan 28 yaşlı futbolçu artıq yeni formasına da sahib çıxıb. Adamiya “Bakı”da 55 nömrəli formanı daşıyacaq. Bu nömrəni klubda uzun müddət Leandro Qomeş daşıyıb. Milli komandamızda çıxış edən braziliyalı hücumçu ötən yay “Bakı”dan “Olimpik”ə keçəndən sonra 55 nömrə boş qalmışdı. “Bakı”nın Ukraynanın “Xarkov” klubundan altı aylığa icarəyə götürdüyü braziliyalı hücumçu Vilyam Roşa Batista da ilə münasibətlər bu gün rəsmiləşib. Batista hələ Türkiyənin Antalya şəhərində “Bakı”da baxışda olan zaman geydiyi 30 nömrəli formanın ona verilməsini istəyib və bu məsələ həllini tapıb.

Qeyd edək ki, karyerası boyu daha çox 7 nömrəli formanı daşıyan Mahmud Qurbanov “Bakı”da da buna sahib çıxıb. 36 yaşlı yarımmüdafiəçi qış fasiləsində “İnter”ə keçib. Digər yeni transfer – millimizdə də oynayan müdafiəçi Saşa Yunisoğlu İmişlinin “MKT-Araz” klubunda olduğu kimi 33 nömrəli formanı geyəcək. Bu gün müqavilə imzalanan mərakeşli hücumçu Hasan Suari isə komanda yoldaşı Georgi Demetradzeyə məxsus 99 nömrəli formaya sahib çıxıb. Demetradze “Bakı” ilə yollarını ayıran makedoniyalı hücumçu Georgi Xristovun 9 nömrəsini götürüb.
0