Nazir oğlu Mirzəyevə iş verdi
11.02.2009 - 21:41
Nazir oğlu Mirzəyevə iş verdi
Bakının “Standard” klubunun baş məşqçisi Badri Kvaratsxeliya özünə yeni köməkçi-məşqçi götürüb. Apasport.az saytının məlumatına görə, gürcüstanlı çalışdırıcıya Rafiq Mirzəyev kömək edəcək.

Mirzəyev bir müddət “Muğan”da baş məşqçi Vladislav Qədirovun köməkçisi olub. O, Salyan təmsilçisindən Qədirovla dalaşdığı üçün kənarlaşdırılıb.

“Standard” rəhbərliyi, həmçinin 5 futbolçu ilə müqavilə imzalayıb. Qapıçı Amil Ağacanov, yarımmüdafiəçilər Rikelme və Qonzalo, hücumçular Fərid Quliyev və Rodriqo 2 illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, “Standard” klubunun prezidenti keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir.

pfl.az
0