Yoldaşlıq görüşlərində ən yaxşı nəticəni Azərbaycan yığması göstərdi
12.02.2009 - 11:18
Yoldaşlıq görüşlərində ən yaxşı nəticəni Azərbaycan yığması göstərdi
Fevralın 11-də milli komandalar arasında oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, FİFA-nın təqvim günü daha çox yoldaşlıq görüşləri ilə yanaşı, 2010-cu il dünya çempionatının seçmə mərhələ matçları da baş tutub.

Avropa zonasında üç qarşılaşma keçirilib ki, Gürcüstan səfərdə İrlandiyaya uduzub. Milli komandamızın cari seçmə mərhələdəki rəqibləri də boş oturmayıb. Belə ki, Rusiya yığması Antalyada hazırlıq keçdiyi halda, digər komandalar yoxlama oyunlarında qüvvəsini sınayıb. Almaniyanın evdə Norveçə uduzması ötən gecənin ən sensasiyalı nəticəsi olduğunu desək, yanılmarıq. Lixtenşteyn, Finlandiya və Uels də meydanı məğlub tərk edib. Göründüyü kimi, qrupumuzda ötən gecə uduzmayan yalnız milli komandamız olub.

Türkiyə yığması Kot D’İuvarla İzmirlə keçirdiyi görüşdə qələbəni son dəqiqələrdə əldən verib. İspaniya Sevilyada İngiltərəni yenib. Dieqo Maradona Argentina yığmasının baş məşqçi postunda növbəti qələbəsi səfərdə Fransa üzərində qazanıb.


2010-cu il dünya çempionatının rəsmi oyunları

İrlandiya – Gürcüstan – 2:1
San Marino – Şimali İrlandiya – 0:3
Malta – Albaniya – 0:0

Beynəlxalq yoldaşlıq görüşləri

Küveyt – Azərbaycan – 1:1
Latviya – Ermənistan – 0:0
Makedoniya – Moldova – 1:1
Lixtenşteyn – İslandiya – 0:2
İsrail – Macarıstan – 1:0
Estoniya - Qazaxıstan – 0:2
Andorra - Litva – 1:3
Uels - Polşa - 0:1
CAR – Çili – 0:2
Türkiyə – Kot D’İvuar – 1:1
Rumıniya – Xorvatiya – 1:2
Mərakeş – Çexiya – 0:0
Yunanıstan – Danimarka – 1:1
Avstriya – İsveç – 0:2
Almaniya – Norveç – 0:1
Tunis – Hollandiya – 1:1
İsveçrə - Bolqarıstan – 1:1
Belçika – Sloveniya – 2:0
Fransa - Argentina – 0:2
Portuqaliya – Finlandiya – 1:0
İspaniya - İngiltərə - 2:0
Yamayka – Nigeriya - 0:0
Mozambik – Malavi – 2:0
Liviya – Uruqvay – 2:3
Əlcəzair – Benin – 2:1
Kipr – Slovakiya – 3:2
Serbiya – Ukrayna – 0:1
Toqo – Burkina-Faso – 1:1
Kamerun – Qvineya – 3:1
Misir – Qana – 2:2
Anqola – Mali – 0:4
İsveçrə - Bolqarıstan – 1:1
0