Küveyt yığmasının baş məşqçisi: Azərbaycan millisi çox yaxşı oynadı
12.02.2009 - 00:41
Küveyt yığmasının baş məşqçisi: Azərbaycan millisi çox yaxşı oynadı
“Birinci hissənin sonuna qədər Azərbaycan millisi çox yaxşı oynadı. Qapımız qarşısında yaranan ilk təhlükəli anı qola çevirməyə nail oldular. Sonrakı dəqiqələrdə də taktikalı oyunları ilə seçildilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanla oyundan (1:1) sonra Küveyt yığmasının baş məşqçisi Qoran Tufedzic deyib.

O, bildirib ki, oyun analitik təhlil baxımından hər iki milli üçün böyük əhəmiyyət kəsb etdi: “Mən Azərbaycan millisinin oyununu görmüşdüm və yaxşı komanda olduğunu özüm üçün müəyyənləşdirmişdim. Oyunda bir daha bunun şahidi oldum”.

Hakimin idarəçiliyinə və millimizin bir qolunun hesaba alınmamasına oyunun təkrarına baxdıqdan sonra münasibət bildirəcəyini deyən baş məşqçi Vaqif Cavadovun və Samir Abbasovun daha yaxşı təsir bağışladığını vurğulayıb.

Mənbə: affa.az
0