Berti Foqts nə oyundan razı qaldı, nə də futbolçulardan
12.02.2009 - 00:48
Berti Foqts nə oyundan razı qaldı, nə də futbolçulardan
“Biz meydanı qalib kimi tərk etməli idik”. Apasport.az saytının məlumatına görə, bunu Küveytlə yoldaşlıq görüşündən (1:1) sonra keçirilən mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı qarşılaşma barədə danışarkən, qələbənin əldən çıxmasına səbəb kimi futbolçuların arxayınlaşmasını göstərib: “İlk dəqiqələrdən rəqibə sarsıdıcı zərbə vurmağımıza baxmayaraq, bəzi futbolçuların arxayınçılığı nəticəsində qarşılaşma heç-heçə oldu. Ümumilikdə, oyundan razı qalmadım. Bəzi futbolçularımız özlərini yaxşı mənada göstərə bilmədi. Samir Abbasovla Vaqif Cavadov isə ümidlərimi doğrultdu”.

Mənbə: affa.az
0