Azərbaycan Premyer Liqası təmsilçiləri qələbəyə həsrət qaldı
12.02.2009 - 11:03
Azərbaycan Premyer Liqası təmsilçiləri qələbəyə həsrət qaldı
Azərbaycan Premyer Liqasında çıxış edən 4 legioner milli komandaların beynəlxalq yoxlama oyunlarının iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçiləri “Neftçi”, “İnter”, “Olimpik” və “Bakı”nın futbolçuları öz ölkələrinin yığma komandasında növbəti matçına çıxıb.

Antalyada baş tutan Moldova - Makedoniya qarşılaşmasında Azərbaycan çempionatı iki oyunçu ilə təmsil olunub. Sergey Laşenkov (“Olimpik”) və Aleksey Savinov (“Bakı”) balkanlılarla heç-heçə (1:1) bitən görüşü əvəzlənmədən keçirib.

Hazırlıq məqsədilə Türkiyənin seçən Estoniya milli komandası isə Qazaxıstana 0:2 hesabı ilə uduzub. “Neftçi”nin yarımmüdafiəçisi Dmitri Kruqlov bu görüşün ikinci hissəsində meydanda olub. Baltikyanı ölkələrin təmsilçisi olan digər legionerimiz Andrey Rubin də 90 dəqiqə oynamaq imkanı qazanmayıb. Ermənistanla qolsuz bitən Kipr qarşılaşmasında yarımmüdafiəçi 79 dəqiqə oynayıb.
0