Azərbaycan yığması üçün iki yubiley: 150-ci oyunda 100-cü qol
12.02.2009 - 11:48
Azərbaycan yığması üçün iki yubiley: 150-ci oyunda 100-cü qol
Küveytlə keçirilən yoldaşlıq görüşü Azərbaycan yığması üçün ikiqat əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, Əl-Küveytdəki “Nasional” stadionunda baş tutan qarşılaşma Azərbaycan futbolçularının 150-ci oyunu kimi tarixə düşdü. Yubileylə əlamətdar olan matçda “sülh”lə (1:1) kifayətlənən yığmamız 150 görüşün 25-də qələbə qazanıb, 38-də heç-heçə edib və 87 dəfə meydanı məğlubiyyətlə tərk edib.

Küveyt yığmasının qapısına qol vuran Vaqif Cavadov ilk dəqiqədə fərqlənməklə, milli komandanın tarixinə ən erkən qolun müəllifi kimi düşüb. Bundan başqa, milli karyerasında ikinci dəfə qol sevinci yaşayan 20 yaşlı hücumçu yığmanın tarixi ərzində rəqib qapılarından keçirdiyi yubiley – 100-cü topa da imza atıb. 1992-ci ildən indiyədək keçirdiyi 150-ci matçında 100-cü qolunu vuran komandamız 268 dəfə topu qapısından çıxarıb.

Millinin tarixində ilk qolu vuran Nazim Süleymanov 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində keçirilən Gürcüstanla matçın 42-ci dəqiqəsində fərqlənmişdi. İlk yubiley – 50-ci qol isə Trnava şəhərində vurulub. Slovakiya ilə 2001-ci il martın 28-də baş tutan görüşün 3-cü dəqiqəsində hesabı bərabərləşdirən Vadim Vasilyev yubileyin səbəbkarı olmuşdu.

Qeyd edək ki, Azərbaycan yığmasının indiyədək vurduğu 100 qoldan 99-na 37 futbolçumuz imza atıb. Daha bir dəfə isə rəqib oyunçusu avtoqol müəllifi olub.

yer

futbolçu

qol

1

Qurban Qurbanov

14

2-3

Branimir Subaşiç

6

 

Zaur Tağızadə

6

4-7

Fərux İsmayilov

5

 

Nazim Süleymanov

5

 

Vidadi Rzayev

5

 

Vyaçeslav Lıçkin

5

8-10

Nadir Nəbiyev

4

 

Samir Əliyev

4

 

Yunis Hüseynov

4

11-13

Fabio Luis Ramim

3

 

Emin Quliyev

3

 

Rəşad Sadıqov

3

14-21

Emin İmaməliyev

2

 

Ramiz Məmmədov

2

 

Rasim Abışov

2

 

Ruslan Lukin

2

 

Samir Ələkbərov

2

 

Vadim Vasilyev

2

 

Vaqif Cavadov

2

 

Vladislav Qədirov

2

22-37

Vüqar Nadirov

1

 

Zeynal Zeynalov

1

 

Elvin Məmmədov

1

 

Alim Qurbanov

1

 

Anatoli Ponomaryov

1

 

Andre Ladaqa

1

 

Ceyhun Sultanov

1

 

Emin Ağayev

1

 

İlqar Qurbanov

1

 

Kənan Kərimov

1

 

Mahmud Qurbanov

1

 

Mirbağır İsayev

1

 

Müşfiq Hüseynov

1

 

Narvik Sirxayev

1

 

Ruslan İdiqov

1

 

Xaqani Məmmədov

1

0