“İnter” dünyanın 10-cu komandasıdır
12.02.2009 - 14:13
“İnter” dünyanın 10-cu komandasıdır
Madrid “Real”ı dünyanın ən çox qazanan klubların siyahısında liderdir. Apasport.az saytının məlumatına görə, ispaniyalılar 2007/08 mövsümü ərzində hamıdan çox gəlir götürməklə, bir il əvvəl zirvədə olan “Mançester Yunayted”ı arxada qoyub.

Yeni mövsümün təxminən yarısı arxada qalsa da, məşhur “Deloitte” Konsaltinq Agentliyi ötən mövsümlə bağlı apardığı araşdırmaları indi başa çatdırıb. Ekspertlərin rəyinə əsasən, ən gəlirli klub ünvanının dəyişməsi heç də “Real” rəhbərliyinin apardığı işin nəticəsi olmayıb. Buna funt sterlinqin avroya nisbətdə ucuzlaşması səbəb olub. 2007-ci ilin iyulundakı valyuta kursu dəyişməsəydi, mançesterlilər yenə birinci pillədə olardı.

Ümumiyyətlə, ilk “onluq”da İngiltərənin 4, İtaliyanın 3, İspaniyanın 2, Almaniyanın isə 1 komandası yer alıb.

Dünyanın ən gəlirli klubları (milyon funt sterlinqlə)

1."Real" (Madrid, İspaniya) — 289,6
2."Mançester Yunayted" (İngiltərə) — 257,1
3."Barselona" (İspaniya) — 244,4
4."Bavariya" (Almaniya) — 233,8
5."Çelsi" (İngiltərə) — 212,9
6."Arsenal" (İngiltərə) — 209,3
7."Liverpul" (İngiltərə) — 167
8."Milan" (İtaliya) — 165,8
9."Roma" (İtaliya) — 138,9
10."İnter" (İtaliya) — 136,9
0