Fərrux İsmayılov üçün 20 min dollar
13.02.2009 - 00:09
Salyanın “Muğan” klubu “Qəbələ”nin transferə çıxardığı futbolçuları ala bilmir. Klubun icraçı-direktoru Füzuli Əliyev apasport.az saytına açıqlamasında bildirib ki, qapıçı Cahangir Həsənzadədən sonra hücumçu Fərrux İsmayılovu da transfer etmək planlarını baş tutmayıb: “Fərruxla söhbətimiz oldu. O, müqavilə ilə “Qəbələ”yə məxsus olduğu üçün kompensasiya ödənilməsinin vacibliyini qeyd etdi. Bu, 20 min dollara yaxın idi. Həmin məbləğ bizim üçün böyükdür. Fərruxun transfer məbləğinin müəyyən hissəsini ödəyə bilərik. İsmayılovun komandamızda oynamasını istəyirik və ona imkan daxilində kömək göstərərdik. Ancaq futbolçudan xəbər-ətər çıxmayıb. Bildiyimə görə, onun karyerasını Ukraynada davam etdirmək variantı var”.
31 yaşlı Fərrux özünə klub axtarmaq üçün Türkiyəyə yollansa da, bu ölkədə “transfer pəncərəsi” artıq bağlanıb. İsmayılovun adı Superliqa təmsilçisi “Qazientspor” klubu ətrafında hallansa da, keçid baş tutmayıb. Vaxtilə milli komandamızın əsas futbolçularından sayılan Fərrux 2003/04 mövsümündə Ukraynanın “Volın” klubunda çıxış edib.

- “Atalanta” İvan Yuriçlə yollarını ayırıb
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
0
0