“Bakı” Bolqarıstanda medal qazana bilər
13.02.2009 - 00:00
“Bakı” Bolqarıstanda medal qazana bilər
"Antalyada keçirdiyimiz təlim-məşq toplantısı və yoxlama oyunlarında yaxşı təsir bağışladığımı düşünürəm. Əla şəraitdə hazırlaşmaq imkanı əldə etdik. Fikrimcə, komandamız bütün vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun müdafiəçisi Stanislav Baçev deyib.

Komandasında rəqabətin güclü olduğunu bildirən 31 yaşlı futbolçunun fikrincə, bir-birindən güclü oyunçulardan qurulmuş heyətə malikdirlər.

“Bütün oyunçulara böyük hörmətim var, ancaq düşünürəm ki, əsas heyətə, məhz, mən düşəcəyəm. İnanıram ki, Hacıyevski mənə şans verəcək. Bu il çempionluq titulunu qazanmaqla, özümüzü təsdiq etmiş olacağıq. Tək Azərbaycanda deyil, Avropada da yaxşı nəticələrə əldə edə bilərik. Bu komanda Bolqarıstan çempionatında oynasa idi, medallar uğrunda mübarizə aparardı" – deyə Baçev bildirib.

Baçev 1995-ci ildə, 17 yaşında olarkən ilk klubu "Malev"lə müqavilə bağlayıb. 2000-ci ildə Bolqarıstanın iddialı klublarından olan "Liteks"ə transfer olunub. 2008-ci ilin yanvarından "Bakı"nın şərəfini qoruyur.

Baçev Bolqarıstan gənclər milli komandasının heyətində 10-dan artıq oyun keçirib. İki dəfə Bolqarıstan Kubokunu qazanıb, bir dəfə Bolqarıstan çempionatının gümüş medallarına layiq görülüb.

bakıfc.az