Quiza Araqonesin taktikasını ələ saldı
13.02.2009 - 12:21
Quiza Araqonesin taktikasını ələ saldı
İspaniya yığmasının futbolçusu Daniel Quiza şərəfini qoruduğu “Fənərbaxça” klubunda tətbiq olunan taktikanı kəskin tənqid edib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu baş məşqçi Luis Araqonesin ön xətdə bir futbolçu oynatmasına narazılığını bildirib.

“Tək hücumçu olan sistemdə heç bir futbolçu uğur qazana bilməz. Nəinki real futbolda, lap “Playstation” oyununda da bu taktika ilə qol vurmaq qeyri-mümkündür” - deyə Quiza vətənində “Marca” qəzetinə müsahibəsində vurğulayıb.

Avropa çempionu “Fənərbaxça”da ümidləri doğrultmadığını səmimi etiraf edib: “Amma bunun günahkarı yalnız mən deyiləm. “Fənərbaxça” tək hücumçu ilə oynayır. Rəqiblərimiz isə bizə qarşı sıx müdafiə taktikası ilə çıxış edirlər. Çoxlu müdafiəçilərlə üzləşib, həmişə ortada tək qalıram”.

Buna baxmayaraq, Quiza “sarı-lacivərdlilər”in çempion olacağına inanır: “Əgər mən ehtiyatda otursam, Semih isə start heyətdə yer alsa da, vəziyyət dəyişməyəcək. Hətta EtoO da gəlsə, gözlənilən qolları vura bilməz. Hər halda, çempion olacağamıza inanıram”.

Qeyd edək ki, ötən ilin yayında “Malyorka”dan transfer olunan Daniel “Fənərbaxça”nın heyətində Türkiyə Superliqasında cəmi 4 qol vurub.
0