Milli komandamızın ilkin heyəti açıqlandı
13.02.2009 - 12:29
Milli komandamızın ilkin heyəti açıqlandı
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində iştirak edəcək Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, milli komandaya 17 futzalçı çağırılıb.

Bunlar Andrey Tveryankin, Marat Salyanski, Elnur Zamanov, Ağatahir Əzimov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Murad Xaybullayev, Andre De Kampos, Tofiq Mikayılov, Seymur Məmmədov, Maşado Dos Santos, Rene Noronya, Lukas Serjio Luis, Tiaqo Qabriel Rodriqez və Radik Məmmədovdur.

Altıncı qrupda yer alan yığmamız seçmə mərhələ oyunlarını martın 19-dan 22-dək Portuqaliyanın Vyana do Kaştelyo şəhərində keçirəcək. Futzalçılarımızın rəqibləri Portuqaliya, Polşa və ilkin seçmə mərhələnin D qrupunun (Türkiyə, İsrail, Çernoqoriya və Finlandiya) qalibi olacaq komandadır.

Avropa çempionatının final mərhələsi 2010-cu ilin yanvarında Macarıstanda təşkil olunacaq.
0