Fasilə bitdi: Sevgililər günündə hamı futbola!
13.02.2009 - 12:41
Fasilə bitdi: Sevgililər günündə hamı futbola!
Azərbaycan Premyer Liqasında 76 günlük fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, ikinci dövrənin startı bütün dünyada Valentin günü (Sevgililər günü) kimi qeyd olunan fevralın 14-ə təsadüf edir. Özü də ayın 14-də 14-cü turun oyunlarına start veriləcək. Sözsüz ki, komandalar belə gündə sevgiyə yox, mübarizəyə meylli olacaq. Hər bir Premyer Liqa təmsilçisi qış fasiləsində hazırlığı, etdiyi transferlərin bəhrəsini mövsümün ikinci yarısında görmək istəyindədir. Klubların təlim-məşq toplanışı üçün seçdikləri məkanlar da iddialarına uyğun gəldi.

Belə ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan dördlük – “Bakılı”, “Muğan”, MOİK və “Turan” hazırlıq üçün ölkə kənarına çıxmadı. Digər 10 komandadan 9-u isə təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərini seçdi. İstisna təşkil edən “Simurq” oldu ki, Zaqatala təmsilçisi ənənəsinə sadiq olaraq qonşu Gürcüstana üz tutdu. Hətta Roman Pokoranın çalışdırdığı komanda Tiflisdəki hazırlıq prosesini ikinci dövrənin startına qədər uzatdı. Məsələ ondadır ki, “Simurq” ilk görüşü Tovuzda keçirəcək və Tiflisdən birbaşa ora gəlmək daha məqsədəuyğun sayılıb.

Turun mərkəzi oyunu ilk dövrədə olduğu kimi “İnter” – “Olimpik” görüşü sayılmalıdır. Hər halda, yenə “Şəfa” stadionunda görüşəcək paytaxt təmsilçiləri ötən mövsümün qızıl və gümüş mükafatçılarıdır. Turda üç oyun “Şəfa” stadionunda olacaq ki, buna da səbəb “Muğan”ın ev oyunlarını ilk dövrənin əvvəlində olduğu kimi, yenə Bakıda keçirməsidir. Komanda təmsil olunduğu Salyandakı stadionunda yenidənqurma işlərinin bitməsini gözləməlidir.

Sabah “Şəfa”da iki oyun keçirilməsi nəzərdə tutulduğu üçün MOİK – “Bakı” və “Muğan” – “Qəbələ” görüşləri fərqli vaxta salınıb. 45 aylıq fasilədən sonra milli çempionatımızın iştirakçısı olacaq İqor Ponomaryov “Qarabağ”dan sonra “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi öz sözünü deyəcək. 49 yaşlı olimpiya çempionu Lənkəranda ikinci oyununa çıxacaq. Ponomaryovun 4 il öncə “Qarabağ”ın çalışdırıcısı kimi, “Xəzər-Lənkəran”a səfərdə böyük hesabla yenilmişdi – 0:3.

14 fevral

14:00. "Qarabağ - "Bakılı"

Baş hakim: Rövşən Əhmədov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

14:00. MOİK - "Bakı"
Baş hakim: Fariz Yusifov
Bakı. “Şəfa” stadionu

18:30. "Muğan" - "Qəbələ"
Baş hakim: Anar Niyazov
Bakı. “Şəfa” stadionu

15 fevral

14:00. "Turan" - "Simurq"

Baş hakim: Anar Salmanov
Tovuz. Şəhər stadionu

16:00. "Xəzər-Lənkəran" - "Karvan"
Baş hakim: Vüsal Əliyev
Lənkəran. Mərkəzi şəhər stadionu

16:00. "Neftçi" - "Standard"
Baş hakim: Babək Quliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:00. "İnter" - "Olimpik"
Baş hakim: Zöhrab Qədiyev
Bakı. “Şəfa” stadionu

komandalar

o

q

h

m

t

x

1

İnter

13

9

4

0

28-8

31

2

Bakı

13

9

2

2

31-6

29

3

Simurq

13

8

4

1

18-8

28

4

Xəzər-Lənkəran

13

8

2

3

24-12

26

5

Olimpik

13

7

4

2

17-10

25

6

Karvan

13

8

1

4

19-11

25

7

Qarabağ

13

7

3

3

19-15

24

8

Standard

13

6

2

5

12-13

20

9

Neftçi

13

3

4

6

11-11

13

10

Qəbələ

13

3

3

7

13-14

12

11

Bakılı

13

1

3

9

9-32

6

12

Muğan

13

1

2

10

9-24

5

13

MOİK

13

1

2

10

6-26

5

14

Turan

13

0

4

9

3-29

4



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 10, Amiran Muciri (“Bakı”) – 9
0