Premyer Liqa futbolçuları haqda kitab yazılır - FOTO
13.02.2009 - 12:52
Premyer Liqa futbolçuları haqda kitab yazılır - FOTO
Futbolçuları öz “toruna” salmaqla məşhurlaşan ingiltərəli model Daniela Lloyd kitab yazmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 2004-cü ildə İngiltərə, 2006-cı ildə Böyük Britaniya gözəli seçilən 25 yaşlı gözəlçə həyatı ərzində yaşadığı sevgi macəralarını qələmə almaq arzusundadır.

Lloydun ilk yaradıcılığının əsas qəhrəmanları Premyer Liqa ulduzları olacaq. Teddi Şeringem, Cermen Defo, Markus Bent, Armand Traore, Jerar Pike, Cerom Tomas, Cermen Pennant və Karlton Koulla dostdan artıq olan Daniela onlarla arasında olanların detallarını da kitabda əks etdirmək istəyir.

Son sevgilisi “Liverpul”da çıxış edən Rayan Babbel, həmçinin “Formula-1” üzrə dünya çempionu Luis Hamiltona da kitabında yer ayıracaq xanım bir şeydən qorxur. O, münasibətlərinin ən xırda detallarının kitab səhifəsinə çıxarılmaq səviyyəsində olmadığından çəkinir. Buna baxmayaraq, artıq bəzi nəşriyyatlar Lloydla danışıqlara başlayıb.
0