Ramal Hüseynov “Kocaelispor”un start heyətində
13.02.2009 - 13:02
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisi əsas komandada heyətə düşə bilməyən futbolçuların oyun praktikasını itirməməyi üçün “Körfəz Bələdiyyəspor”la yoxlama matçı keçirib. Bu görüşdə aşağı dəstə təmsilçisi minimal hesabla qalib gəlib.
Əsas komandanın üzvü olub amma rəsmi matçlarda “Kocaelispor” formasını geyinməyən Ramal da bu oyunun iştirakçısı olub. Start heyətində meydana çıxan yarımmüdafiəçi 51 dəqiqə mübarizə aparıb. Əsas heyətdən kənar qalan “Kocaelispor”lularla yanaşı, ikinci komandanın bəzi üzvlərini də meydana çıxdığı qarşılaşmada Türkiyə milli komandasının sabiq futbolçusu Fatih Akyel də Hüseynovla birgə meydana çıxıb.

- “Atalanta” İvan Yuriçlə yollarını ayırıb
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
0
0