“Neftçi”ni aldadan komandada yeni baş məşqçi
13.02.2009 - 16:36
“Neftçi”ni aldadan komandada yeni baş məşqçi
Hollandiyanın “Feyenoord” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Polşa yığmasının 70 yaşlı holland çalışdırıcısı Leo Beenhaker Rotterdam təmsilçisinə rəhbərlik edəcək. Klub onun təyinatı ilə bu gün axşam saatlarında mətbuat konfransı keçirəcək. Onun “Feyenoord”a təyinatı Polşa yığmasının işinə təsir etməyəcək. Belə ki, təcrübəli mütəxəssis paralel olaraq, həm milli komandada, həm də klubda çalışacaq.

Qeyd edək ki, “Feyenoord” ötən ay Türkiyənin Antalya şəhərində “Neftçi” ilə keçirdiyi yoxlama oyununda 5:1 hesablı qələbə qazanmışdı. Həmin vaxt komandanın baş məşqçisi olan Qert Verbak komandamıza qarşı ikinci heyəti çıxaracağına söz versə də, əsas futbolçuları meydana buraxmışdı. Bu oyundan cəmi bir həftə sonra qovulan Verbak “Neftçi”yə ilk qolu vuran Roy Makayla yola getmirmiş.

Verbakı “Feyenoord”un sükanı arxasında əvəzləyən Beenhaker ötən seçmə mərhələdə milli komandamızla görüşüb. Onun rəhbərlik etdiyi Polşa yığması Azərbaycanı 2007-ci ildə evdə 5:0, səfərdə 3:1 hesabı ilə məğlub edib. Beenhaker həmin vaxt “Ermənistan yığması Azərbaycandan güclüdür” fikri ilə də diqqət mərkəzinə düşmüşdü.
0