“Xəzər-Lənkəran” ukraynalı legioneri geri qaytardı
13.02.2009 - 17:04
“Xəzər-Lənkəran” ukraynalı legioneri geri qaytardı
Ukraynalı futbolçu Oleq Kovalenkonun “Xəzər-Lənkəran”a keçidi baş tutmayıb. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi İqor Ponomaryov məlumat verib. Onun sözlərinə görə, Estoniyanın “Verpus” klubundan baxışa gələn 20 yaşlı yarımmüdafiəçi geri qaytarılıb. Kovalenko “Xəzər-Lənkəran”da 99 nömrəli formanı seçsə də, komandada qalası olmayıb. Ponomaryovun Lənkəranda hazırlıq prosesinə cəlb etdiyi gənc futbolçuya ümidləri böyük olsa da, Oleq gözləniləni verməyib: “Oleq tələblərimizə cavab vermədi. Ondan imtina etməyimiz təkcə futbolçu səviyyəsinə görə olmadı. Kovalenko ilə maddi məsələlərdə də ortaq məxrəcə gəlmədik. Onun son klubu ilə müqaviləsi yox idi. Oleq sərbəst futbolçu idi. Transferi üçün agenti ilə danışıqlar aparılırdı. Müqavilənin maliyyə tərəfində razılığa gələ bilmədik. Elə futbolçuya görə istənilən məbləğ baha idi. Yəni, transfer qiyməti futbolçunun ustalıq səviyyəsi uyğun gəlmirdi”.

Qeyd edək ki, Ponomaryov qış fasiləsində “Xəzər-Lənkəran”ın sükanı arxasına keçəndən sonra üç transfer reallaşdırıb. Bunlar türkiyəlilər Əhməd Dursunla Fatih Sonkaya və Əlcəzair əsilli İsveç vətəndaşı Nadir Bençenadır.
0