Qurban Qurbanov: “Bakılı”nın durumu bizi maraqlandırmır
13.02.2009 - 18:41
Qurban Qurbanov: “Bakılı”nın durumu bizi maraqlandırmır
“İlk görüş həmişə çətin olur. Futbolu adlar oynamadığından, “Bakılı”nın çempionatdakı durumu bizi maraqlandırmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının ikinci dövrəsinə sabah “Bakılı” ilə keçiriləcək görüşlə başlayacaq ağdamlıların çalışdırıcısı klubun rəsmi internet saytına qarşılaşma ilə bağlı fikirlərini bildirib: “Hər halda, rəqib bizdən xal almağa çalışacaq. Amma öz gücümüzə də inanırıq. İlk oyunu udub əlavə inam qazanmaq istəyirik. Futbolçuların motivasiyası çox önəmlidir. İnanıram ki, futbolçular peşəkarlıq nümayiş etdirib oyunu qələbə ilə başa çatdıracaqlar”.

Qeyd edək ki, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək “Qarabağ” – “Bakılı” görüşü saat 14:00-da başlayacaq.
0